Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib YENİLƏNİB VİDEO
Xankəndi, 5 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına hoteldə yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.
Xankəndinin mərkəzində yerləşən “Palace” otelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib YENİLƏNİB - 4 VİDEO
Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib YENİLƏNİB VİDEO