×
A
A
A
Sazlamalar

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

London, 2 iyul, AZƏRTAC

Britaniyada təxminən 1,8 milyon tələbənin azı 50 min funt-sterlinq dəyərində kredit borcu var.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, onlardan 61 mindən çoxunun borcu 100 min funt sterlinqdən yuxarı, 50 nəfərin isə hər birinin 200 min funt sterlinqdən artıq borcu var.
Qeyd edək ki, 2012-ci ildə İngiltərədə və Uelsdə təhsil haqqı 3 min funt-sterlinqdən 9 min funt-sterlinqə yüksəlib. 2017-ci ildə təhsil haqqı yenidən ildə 9250 funt-sterlinqə yüksəldilib. Şotlandiyada isə təhsil haqqı yoxdur. Lakin şotland tələbə ölkədən kənarda təhsil alırsa, maksimum 1820 funt-sterlinq dəyərində təhsil haqqı ödəyir.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-07-02 19:14:00