×
A
A
A
Sazlamalar

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Pekin, 2 iyul, AZƏRTAC

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda çoxu qadın olmaqla, azı 107 nəfər ölüb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə ştatın Hathras bölgəsinin Muğal Qarhi kəndində baş verib. Yerli polis 60 nəfərin öldüyünü açıqlayıb. Daha 27 nəfərin həyatını itirdiyi isə qonşu Etah bölgəsinin xəstəxanasından bildirilib. Ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm hallarının çoxalmasına səbəb olub.
Ölənlərin sayının artması ehtimalı var. Çünki xəsarət alanlar müxtəlif xəstəxanalara yerləşdirilib. Hazırda məlumatlar dəqiqləşdirilir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2024-07-02 18:20:00