×
A
A
A
Sazlamalar

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

Bakı, 2 iyul, AZƏRTAC

Qarabağ Universitetində tədris məsələləri üzrə prorektor və elm və innovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Namizədlər vakansiyalar üzrə iyulun 8-dək müraciət edə bilərlər.

Elm və təhsil 2024-07-02 16:52:00