×
A
A
A
Sazlamalar

B.Q.Hacıyevin Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2024-cü il

Sərəncamlar 2024-07-01 15:55:00