Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
Naxçıvan, 26 iyun, AZƏRTAC
Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Daşarx kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu həyatını itirib. Avtomobildə olan digər sərnişin, 1993-cü il təvəllüdlü Siyaqut kənd sakini Məmmədova Şəfəq Vaqif qızı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO
Qazaxda 31 yaşlı kişi itkin düşüb
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO