×
A
A
A
Sazlamalar

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Bakı, 25 iyun, AZƏRTAC

Rusiya Kiyevin nəzarətində olan 90 rusiyalı hərbçini geri qaytarıb və əvəzində 90 hərbi əsiri Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya hərbçilərinin geri qayıtmasına Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) nümayəndələrinin köməklik etdiyinə aydınlıq gətirib.
Bundan əvvəl Rusiya ilə Ukrayna arasında 40-dan çox məhbus mübadiləsi aparılıb.

Dünya 2024-06-25 23:40:00