“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 25 iyun, AZƏRTAC
“Azərkosmos” Çexiyanın “Pekasat Se” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.
AZƏRTAC “Azərkosmos”a istinadla xəbər verir ki, bu memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsini və yeni biznes imkanlarını genişləndirmək məqsədini daşıyır.
Hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi, yerüstü infrastrukturun istismarında təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək.
Qeyd edək ki, “Pekasat Se” - Çexiyanın Brno şəhərində yerləşən, Avropanın səhmdar şirkətidir. Şirkət özünün yerüstü stansiya qurğuları vasitəsilə peyk operatorları və digər müştərilərinə anten sistemləri üzrə xidmətlər, İT və bulud həlləri təklif edir.
Dəmir yollarının “şah damarı”nda VİDEO
AÜDCC “Bakı Ürək Günləri” çərçivəsində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir
17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib