×
A
A
A
Sazlamalar

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Naxçıvan, 25 iyun, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Naxçıvanla bağlı arxiv sənədlərinin toplanması məqsədilə Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində axtarışda olublar. Arxivin 1248, 1344, 1363, 1349, 1344, 396, 573 nömrəli və başqa fondlarından ümumilikdə 300-dən artıq sənəd elektron variantda əldə edilib.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, toplanan materiallar əsasən XIX-XX əsr Naxçıvanının ictimai-siyasi tarixi, o cümlədən Kəngərli tayfası, Şahtaxtinski, Naxçıvanski, Ağasıyev, Səfiyev soyadı daşıyan şəxsiyyətlərlə bağlı sənədlərdir. Arxivdəki qeydlər deməyə əsas verir ki, əldə olunan sənədlərin əksəriyyəti indiyədək elmi dövriyyəyə daxil edilməyib.

Regionlar 2024-06-25 18:53:00