×
A
A
A
Sazlamalar

Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib

Bakı, 25 iyun, AZƏRTAC

“Turan Tovuz” heyətinə yeni oyunçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qorumuş İvan Konovalovla anlaşıb.
Qolkiperlə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” komandalarının da şərəfini qoruyub.

İdman 2024-06-25 17:44:00