Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən Azərbaycan, ingilis və rus dillərində “COP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, altı bölmədən ibarət olan layihənin “COP” adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir.
“COP29” bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır.
“Rəsmi sənədlər” və “Xronika” bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, AZƏRTAC-ın və digər informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanıb.
“E-resurslar” bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. “Biblioqrafiya” bölməsində “COP29 Azərbaycan”la bağlı dövri mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.
Elektron layihənin bölmələri mütəmadi olaraq yenilənir.
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib
Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Məmmədova ilə görüş təşkil olunub
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib
Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib