Almaniyada ciddi kadr çatışmazlığı ictimai nəqliyyatın inkişafını təhlükə altına qoyur
Bakı, 25 iyun, AZƏRTAC
Almaniyanın demək olar ki, hər ikinci nəqliyyat şirkəti ötən il kadr çatışmazlığı səbəbindən fəaliyyətini məhdudlaşdırmağa məcbur olub.
AZƏRTAC Almaniyanın “Tagesschau” xəbər portalına istinadla xəbər verir ki, Almaniyanın “Allianz Pro Schiene” nəqliyyat şirkətləri Assosiasiyası hesab edir ki, nəqliyyata keçidin bir hissəsi kimi tez-tez çağırış edilən yerli ictimai nəqliyyatın inkişafı işçi çatışmazlığı səbəbindən təhlükə altındadır. Assosiasiyanın məlumatına görə, ötən il nəqliyyat şirkətlərinin 44 faizi fəaliyyətini müvəqqəti məhdudlaşdırmağa məcbur olub.
Avtomobillərdən qatarlara və ictimai nəqliyyata keçid iqlim böhranı ilə mübarizədə böyük əhəmiyyət kəsb edən nəqliyyat islahatının fundamental hissəsidir.
Rəsmi məlumatlara görə, Almaniyada 100 minə yaxın avtobus sürücüsü nəqliyyat xidmətləri sektorunda çalışır. Bunlardan 4 mindən 6 minə qədəri hər il təqaüdə çıxır. Eyni zamanda, sorğuda iştirak edən şirkətlərin 83 faizi sürücü xidmətləri sahəsindəki kadr tələbatının 2030-cu ilə qədər indikindən daha yüksək olacağını təxmin etdiklərini bildirib. Ehtimal var ki, kadr çatışmazlığı ildən-ilə daha da pisləşəcək.
Assosiasiyanın məlumatına görə, bəzi şirkətlər ixtisaslı işçiləri xaricdə də axtarır.
Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb
Tramp: Amerikanın qızıl dövrü başlayır
Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib VİDEO
Hamburq limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb