Yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanı çap olunub
Bakı, 25 iyun, AZƏRTAC
Yazıçı Natəvan Dəmirçioğlunun son 10 ildə üzərində işlədiyi “Açar” romanı “Təhsil” nəşriyyatında çap olunub.
AZƏRTAC xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanlarının obrazını yaradan, 44 günlük Vətən müharibəsi və Zəfər lövhələrini realist üslubda təqdim edən proza nümunəsi bədii keyfiyyəti ilə də diqqət çəkir.
Yüksək dizayna və poliqrafik keyfiyyətə malik roman təkcə müharibə ədəbiyyatı nümunəsi deyil, eyni zamanda müasir, psixoloji, oxunaqlı nəsr nümunəsidir. Obrazlar sistemi real həyatdan götürülən, şəhid və qazilərimizin prototipini yaradan əsərdə hadisələrin fövqündə dayanan Ali Baş Komandan obrazı da diqqət çəkir.
Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
“Foto Kadr 2024” mükafatlandırma mərasimi keçirilib
“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır- SƏRƏNCAM