×
A
A
A
Sazlamalar

Culian Assanc Britaniyanı tərk edib VİDEO

London, 25 iyun, AZƏRTAC
“Wikileaks” portalının təsisçisi Culian Assanc Britaniyanı tərk edib.
AZƏRTAC xəbər verir ki, “Wikileaks” portalının “X” sosial media səhifəsində C.Assancın Britaniyanı tərk etmə videosu yayılıb. Bildirilib ki, Assanc Londonun Belmarş həbsxanasında 1901 gün saxlanıldıqdan sonra, iyunun 24-də səhər saatlarında həbsxananı tərk edib.
“O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb və eyni gün saat 17:00 radələrində Stansted hava limanında təyyarəyə minərək Britaniyanı tərk edib”,- deyə sosial media səhifəsindəki məlumatda qeyd olunur.
Qeyd edək ki, Culian Assanc və ABŞ hökuməti arasında razılaşma əldə olunub. Razılaşmaya görə, Culian Assanc casusluq ittihamı üzrə öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanc Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki federal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısında çıxış edəcək.
Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə Assancın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhal doğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-06-25 08:11:00

Video