DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü
Bakı, 24 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “International Business Magazine” beynəlxalq təşkilatının müsabiqəsində uğur qazanıb.
AZƏRTAC xəbər verir ki, Fondun təqdim etdiyi iş “International Business Magazine Awards” adlı beynəlxalq müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
DSMF “Pension Fund” kateqoriyası üzrə təşkilatın Dayanıqlı Sosial Təminat Siyasəti üzrə Mükəmməllik Sertifikatına layiq görülüb.
Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki Qaliblərin Siyahısında (https://intlbm.com/award-winners-2024/#tab-475334) yer alıb.
Bununla da 2024-cü ilin ötən dövrü ərzində DSMF 16 beynəlxalq mükafatla təltif edilib.
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər
Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir