Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib
Ankara, 24 iyun, AZƏRTAC
Türkiyədə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan olunmuş doqquz gün ərzində (15-23 iyun) ölkənin muzey və mədəni-tarixi irs obyektlərini ümumilikdə 1 111 957 nəfər ziyarət edib.
Bu barədə AZƏRTAC Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına istinadla xəbər verir.
İdarənin məlumatına görə, bayram günləri İzmir vilayətindəki qədim Efes şəhərinin xarabalıqları yerli sakinlər və qonaqlar arasında ən böyük marağa səbəb olub. Burada ziyarətçilərin sayı 130 min nəfərə çatıb.
Sonrakı yerləri Dənizli vilayətinin İerapolis qədim şəhəri (111 027 ziyarətçi) və Kapadokyadakı Görəmə açıq səma altında muzey (36 661 nəfər) bölüşür. Antalya, İstanbul, Trabzon və Şanlıurfadakı mədəni və tarixi məkanları da minlərlə turist ziyarət edib.
Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin səyyar iclası keçirilib
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq