Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə start verilib.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilir.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.
Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb
Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib
Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək
Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib