Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb
Naxçıvan, 24 iyun, AZƏRTAC
Naxçıvanda 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, test imtahanlarında 366 müəllim iştirak edib. Prosesdə 97,3 faiz davamiyyət qeydə alınıb.
Sertifikatlaşdırma imtahanında iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazanıb. Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO
Qazaxda 31 yaşlı kişi itkin düşüb
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO