Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib
Bakı, 24 iyun, AZƏRTAC
Ümumi təhsil müəssisələrinə “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilsə də, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, həmin hallarla bağlı araşdırma aparılıb. Agentliyin müvafiq əmrinə əsasən, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir
DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur
Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir
“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb