Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb
Lənkəran, 24 iyun, AZƏRTAC
Lənkəranda evdə qadın meyiti aşkar olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün günorta saatlarında Lənkəran şəhərinin Balaməmməd küçəsi 4/2 ünvanında qadın meyiti aşkar olunub.
Təcili yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları adıçəkilən ünvanda olublar. Məlum olub ki, meyit Lənkəran rayon sakini 1956-cı il təvəllüdlü Şərqiyyə Rəhim qızı Rəhimovaya məxsusdur.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
GDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib
Sumqayıtda daşınmaz əmlakla bağlı vətəndaşların müraciətlərinə baxılıb
Lənkəranda dinin siyasiləşdirilməsinə qarşı maarifləndirici tədbir təşkil edilib