×
A
A
A
Sazlamalar

Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə ərazisində yaradılan əlavə dəyərin həcminin davamlı artırılması, yerli emal müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və emal prosesinin dərinləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və (və ya) mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi metallurgiya sənayesi müəssisələrinin qara və əlvan metal qırıntı və tullantı xammalına olan ehtiyacının ödənilməsi ilə bağlı, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsinə zərurət yarandığı təqdirdə, təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 227 (Cild I) ləğv edilsin.

5. Bu Fərmanın 4-cü hissəsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına gömrük rüsumlarının artırılması və (və ya) müəyyən olunması barədə normativ hüquqi akt qüvvəyə mindikdən 60 (altmış) gün sonra qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2024-cü il

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2024-06-24 14:51:00