Cənubi Afrika Respublikasında ilk Azərbaycan diaspor təşkilatı yaradılıb
Bakı, 24 iyun, AZƏRTAC
Cənubi Afrika Respublikasında (CAR) ilk Azərbaycan diaspor təşkilatı – Azərbaycan-CAR Mədəniyyət Assosiasiyası yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təşkilat Pretoriya şəhərində yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyev tərəfindən təsis olunub və qeydiyyatdan keçirilib.
Azərbaycan-CAR Mədəniyyət Assosiasiyasının nəzdində “Xarıbülbül” rəqs qrupu fəaliyyət göstərir. Qrupa yerli xalqların nümayəndələri cəlb olunublar.
Qeyd edək ki., Azər Mirzəyev uzun illərdir CAR-da yaşayır və milli rəqslərimizin müxtəlif yarışlarda təbliği ilə məşğuldur.
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Portuqaliyadakı Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib
Kişineuda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Altay Rüstəmli: Azərbaycan diasporu yeni mərhələyə qədəm qoyub