×
A
A
A
Sazlamalar

Avro-2024: Almaniya qrup lideri olaraq 1/8 finala vəsiqə qazanıb

Bakı, 24 iyun, AZƏRTAC

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin III turuna start verilib.
AZƏRTAC xəbər verir ki, günün hər iki oyunu A qrupunda baş tutub.
Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İsveçrənin heyətində Dan Ndoye, Almaniyada isə Niklas Fullkruq fərqləniblər.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Almaniya seçməsi qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. İsveçrə millisi isə 5 xalla qrupu ikinci pillədə başa vurub və növbəti tura çıxıb.
Digər görüşdə Şotlandiya Macarıstanı sınağa çəkib. Görüş macarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

İdman 2024-06-24 01:06:00