Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin üzvləri Sabir Cəfərov (70 kiloqram), Əşrəf Aşırov (79 kiloqram) və Abubakr Abakarov (92 kiloqram) təmsil ediblər. Sabir və Abubakr qızıl, Əşrəf isə gümüş medal qazanıb.
Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub
“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Azərbaycanın futbol klublarının dünya reytinqində mövqeləri bəlli olub