Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub
Bakı, 23 iyun, AZƏRTAC
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının onuncu mərhələsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Barselona-Katalunya dairəsində keçirilən yarışda “McLaren”in britaniyalı pilotu Lando Norris ikinci yeri tutub. Üçüncü yeri isə “Mercedes” komandasından britaniyalı pilot Luis Hamilton tutub.
Qeyd edək ki, Barselona 1991-ci ildən bəri ardıcıl olaraq dünya çempionatına ev sahibliyi edir.
Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib
Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib
Azərbaycanın veteran futbolçusu vəfat edib
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik