Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər
Bakı, 23 iyun, AZƏRTAC
Stolüstü tennisçilərimiz Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançıların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq. İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.
Qeyd edək ki, "Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.
Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti qələbə
Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub
Misli Premyer Liqası: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO