Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib
Naxçıvan, 23 iyun, AZƏRTAC
İyunun 23-də 2024-2025-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Heydər Əliyev adına tam orta məktəbdə keçirilən imtahanda IV sinfi bitirən 261 qız şagird iştirak edib.
Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnlərindən qapalı test formasında ümumilikdə 45 sual təqdim olunub və 90 dəqiqə vaxt ayrılıb.
Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.
Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq. İmtahan nəticələri 10 gün ərzində elan ediləcək.
Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub
Tovuzda 15 iyun- Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib
Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir
Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib
Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram