Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib
Odessa, 23 iyun, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Odessa şəhərində ölkəmizin diaspor nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Evi”ndə keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.
Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir S.Mərdəliyev bildirib: “Bu gün qalib ölkənin diaspor fəalları kimi qürurlusunuz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Odessada yaşayan həmvətənlərimiz də yeni çağırışlara cavab olaraq öz fəaliyyətini qurmalıdır.
Bütün ölkələrdə olduğu kimi, Ukraynada da diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib. Müharibə şəraitinə baxmayaraq, Odessada yaşayan həmvətənlərimiz fəaliyyətlərini davam etdirirlər”.
Sonra diaspor nümayəndələrinin çıxışları və təklifləri dinlənilib. Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını, lazımi qərarların qəbul ediləcəyini söyləyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa
Köln şəhər bələdiyyəsində Almaniya Azərbaycanlıları Alyansı ilə əməkdaşlıq müzakirə olunub
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib
Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib
Komitə sədri: Diaspor təşkilatları Azərbaycanın milli maraqları naminə səylərini birləşdirməlidir