Qaxa leysanla müşayiət olunan dolu düşüb
Qax, 23 iyun, AZƏRTAC
İyunun 22-də saat 23 radələrindən başlayaraq Qax rayonu ərazisində güclü külək başlayıb.
AZƏRTAC Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, Qax şəhəri və ətraf kəndlərin ərazisində leysanla müşahidə edilən külək əsib. Daha sonra leysan dolu ilə əvəzlənib.
15-20 dəqiqə davam edən dolu fərdi təsərrüfatlara və meyvə ağaclarına ziyan vurub.
Külək bəzi ərazilərdə şiddətləndiyindən təhlükəsizlik tədbiri olaraq elektrik enerjisinin verilməsi dayandırılıb.
Komissiyadan bildirilib ki, hələlik ciddi fəsadlarla bağlı qaynar xəttə hər hansı məlumat daxil olmayıb. Müvafiq təşkilatlar və onların növbətçi qrupları vəziyyətlə bağlı xəbərdar edilib.
Qarabağa səfər edən avstraliyalı vəkil: Hər yerdə sürətli yenidənqurma işləri gedir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
Tanınmış avstraliyalı vəkil işğaldan azad olunmuş ərazilərə səfər edib FOTO