“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib
Naxçıvan, 22 iyun, AZƏRTAC
İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Zəngəzur Milli Parkında keçirilən festival-konqresin ikinci günü plenar iclaslarla davam edib. İclaslarda “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanın təbii sərvətləri”, “Qərbi Azərbaycanın mədəni sərvətləri” mövzularında məruzələr dinlənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin mükafatlandırma və bağlanış mərasimi iyunun 23-də olacaq.
Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub
Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb