Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib
Naxçıvan, 22 iyun, AZƏRTAC
İyunun 22-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli və digər dövlət rəsmiləri, deputatlar, elm adamları, qərbi azərbaycanlılar, ictimaiyyət, media nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları Naxçıvanı ölkənin digər əraziləri ilə birləşdirən Zəngəzur dəhlizinin əsas nöqtələrindən sayılan Ordubad rayonunun Kotam kəndi ərazisində və Salamməlik stansiyasında olub, dəhliz boyu irəli rəmzi addımlar atıb, xatirə şəkli çəkdiriblər. Səmimi söhbət zamanı ölkə Prezidentinin Qərbi Azərbaycana qayıdış konsepsiyasına dair fikirlər səsləndirilib, festival-konqresin əhəmiyyətindən danışılıb.
Qəbələdə göldə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir
Naxçıvan karateçiləri “Arpaçay Open” turnirindən medallarla qayıdıblar
Qazaxda küçələrə asfalt döşənir