Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib
Naxçıvan, 22 iyun, AZƏRTAC
Naxçıvan polisi yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 755 min 620 kol, Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 18 min 500 kol, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın 789 min 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Xankəndidə iftar süfrəsi açılıb
Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO