×
A
A
A
Sazlamalar

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan, 22 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. "VAZ 2106" markalı avtomobildə olan digər iki sərnişin - Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

 

 

Regionlar 2024-06-22 11:51:00