×
A
A
A
Sazlamalar

Füzulidə 3 tondan artıq çətənə bitkisi yandırılıb

Füzuli, 22 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

 

Regionlar 2024-06-22 11:38:00