×
A
A
A
Sazlamalar

Amerika Kuboku: Bu gecə daha iki oyun keçiriləcək

Bakı, 22 iyun, AZƏRTAC

Bu gecə Amerika Kubokunda (Copa Amerika) daha iki oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qarşılaşmalar B qrupunda baş tutacaq. Əvvəlcə meydana Ekvador və Venesuela yığmaları çıxacaqlar. Görüş Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
Qrupun ikinci oyununda isə Meksika ilə Yamayka üz-üzə gələcək. Matçın start fiti 05:00-da səslənəcək.
Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi etdiyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

 

İdman 2024-06-22 11:22:00