Azərbaycan avarçəkəni Avropa çempionu olub
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan avarçəkəni Diana Dımçenko Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və “beach sprint” üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komandanın lideri bir nəfərlik qayıqda təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak hüququ əldə edib.
Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan Dukarska Monikanı və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Murad Sadıqov-Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb və yekunda 6-cı yeri tutub.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq
Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər
Bundesliqa tarixində yeni rekord
Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib