Xankəndidə silah-sursat aşkarlanıb
Bakı, 22 iyun, AZƏRTAC
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlər nəticəsində iyunun 15-21-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində 14 avtomat, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 müxtəlif çaplı patron və digər sursatları aşkarlayaraq götürüblər.
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
İlin ilk dörd ayında 15 minə yaxın cütlük nikaha daxil olub