×
A
A
A
Sazlamalar

DİN: İyunun 21-də 3 tüfəng təhvil götürülüb

Bakı, 22 iyun, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 qumbara, 145 patron və 12 alışdırıcı təhvil götürüblər.
Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkarlanaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davam edir.

 

Cəmiyyət 2024-06-22 10:41:00