Avro-2024: Avstriya millisinin futbolçuları tarixə düşüblər
Bakı, 22 iyun, AZƏRTAC
Kristof Baumqartner və Marko Arnautoviç Avstriya millisinin tarixinə düşüblər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hər iki hücumçu Avro-2024-ün qrup mərhələsində Polşa seçməsini 3:1 hesabı ilə məğlub etdikləri matçda fərqlənməklə qitə çempionatları tarixində öz yığmalarının heyətində birdən çox qol vuran ilk oyunçular olublar.
Qeyd edək ki, Avstriya seçməsi 3 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb. Onlar son turda Fransa ilə üz-üzə gələcəklər.
Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb
Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub
"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub
"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq
Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub