Avro-2024: Türkiyə Portuqaliyaya, Rumıniya Belçikaya qarşı
Bakı, 22 iyun, AZƏRTAC
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, qarşılaşmalar E və F qruplarında baş tutacaq.
F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Hər iki komanda ilk oyunlarında məğlub olublar.
Qrupun digər görüşündə Türkiyə ilə Portuqaliya qarşılaşacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.
E qrupunda isə Belçika və Rumıniya milliləri münasibətlərini aydınlaşdıracaq. Görüş saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Əmrə Bələzoğlunun yeni iş yeri məlum olub
NBA-da daha altı oyun keçirilib
Azərbaycan-Kosovo görüşünü idarə edəcək hakimlər açıqlanıb
“Sumqayıt” klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib