Salyanda yol qəzası olub, xəsarət alanlar var
Salyan, 22 iyun, AZƏRTAC
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası axşam saatlarında Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb. “Chevrolet” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində maşınlardan biri fərdi yaşayış evinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar - Samir Abdullayev, Böyükxanım Əliyeva, Samir Bayramov, Yusif Bayramlı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda yol qəzası baş verib, xəsarət alan var
Polşalı musiqiçilər “Qış nağılı” festivalında
Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO