Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar təhsilverənlərin sertifikatlaşdırılması, müəllimlərin yerdəyişməsi, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO
Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib