Mil-Muğan regionu üzrə 450-yə yaxın müəllim sertifikatlaşdırma imtahanında iştirak edib VİDEO
Beyləqan, 21 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün Mil-Muğan regionu üzrə sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 450-yə yaxın müəllim iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlar 3 bölgədə təşkil edilib.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev bildirib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma imtahanında 958 müəllim iştirak edəcək. Bu gün Beyləqan rayonu üzrə müəllimlər Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə, İmişli rayonu üzrə müəllimlər Kürdəmir rayonunda, Saatlı və Sabirabad rayonu üzrə müəllimlər Şirvan şəhərində yerləşən imtahan mərkəzlərində imtahan veriblər. Beyləqanda keçirilən imtahanda iştirak etmək üçün 179, Şirvanda təşkil olunan imtahanda 175, Kürdəmirdəki imtahanda isə 93 müəllim qeydiyyata alınıb. Sertifikasiyada 30 baldan artıq nəticə göstərən və müsahibədə uğur qazanan müəllimlərin əmək haqqına 10 faiz, 51 bal və daha artıq nəticə göstərən, müsahibədə uğur qazanan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə edilir. Sertifikasiyada birinci dəfə iştirak edib uğursuz nəticə göstərən müəllimlərin ikinci dəfə təkrar iştirak etmək hüquqları var.
Naxçıvanda “Görmək gözəldir” tibbi aksiyası çərçivəsində 451 nəfər oftalmoloji müayinədən keçib
Şamaxıda Zərifə Əliyevanın 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Naxçıvanda Zərifə Xanım Əliyevanın anadan olmasının 102-ci İldönümü qeyd olunub
Naxçıvan yetirməsi olan iki kikboksçu Türkiyədə döyüş gecəsinin qalibi olub