×
A
A
A
Sazlamalar

Lənkəranda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəran, 21 iyun, AZƏRTAC

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Rusiya vətəndaşı olan 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirov idarə etdiyi "Hundai" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı məhəccərlərə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Müalicələri xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-06-21 13:50:00