Gəncədə güclü külək nəticəsində 41 ağac aşıb, 5 avtomobilə ziyan dəyib
Gəncə, 21 iyun, AZƏRTAC
Dünən axşam saatlarından başlayaraq qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Gəncədə də bir sıra fəsadlar törədib. Güclü külək nəticəsində şəhərin bir sıra ərazilərində iri gövdəli ağaclar aşıb, bəzi ağacların budaqları sınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, güclü külək nəticəsində şəhərdə 41 iri gövdəli ağac aşıb, 5 avtomobilə ziyan dəyib. Həmçinin 2 çoxmənzilli binanın və 1 fərdi yaşayış evinin dam örtüyü uçub, 1 işıq və 1 elektrik dirəyi aşıb.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılmasına çalışırlar.
Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO
Qazaxda 31 yaşlı kişi itkin düşüb
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO