Maltanın sabiq Baş naziri: Bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə başlayırıq
Zəngilan, 21 iyun, AZƏRTAC
Regionda tamamilə böyüməyə can atan, transformasiya edən iqtisadiyyat daha çox bərpaolunan mənbələrə əsaslanır. Biz bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə başlayırıq. İnanıram ki, bu gün burada eşitdiyimiz fikirlərin hamısı Azərbaycan tərəfindən uğurla həyata keçəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının Zəngilanda keçirilən “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzusunda panel iclasında Maltanın sabiq Baş naziri Cozef Muskat söyləyib.
O bildirib ki, bu gün burada müzakirə edilən məsələlər həqiqətən də iqlim dəyişikliyi ilə mübarizədə müsbət təsirini göstərəcək. Sadəcə olaraq, biz lazımi dəyişikliklərə keçərkən dünya miqyasında ən həssas təbəqələrin də nəzərə alınacağından əmin olmalıyıq.
Bakıda Hindistanın Respublika Günü qeyd edilib
Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO
Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb