Rişi Sunakın mühafizəçisi seçki tarixi ilə bağlı mərcə girdiyi üçün saxlanılıb
London, 20 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın yaxın mühafizə qrupunda çalışan polis zabiti Britaniyada növbədənkənar seçkilərin tarixə ilə bağlı mərcə girib.
AZƏRTAC BBC kanalına istinadla xəbər verir ki, mühafizəçi bazar ertəsi günü ictimai vəzifədə qanunsuz davranış şübhəsi ilə saxlanılıb. O, daha sonra əlavə araşdırmalar üçün zaminə buraxılıb.
Qeyd edək ki, ötən həftə də Rişi Sunakın köməkçilərindən Kreyq Uilyams seçkilərin tarixi daha bəlli olmadan bu barədə mərcə girdiyini etiraf etmişdi. Mediada onun seçkilərin tarixi ilə bağlı 100 funt sterlinqlik mərcə girdiyi yazılmışdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir
Fransada bank işçiləri etiraz edirlər
Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər
Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu