Avropa Komissiyası bir neçə ölkəni cərimələyə bilər
Bakı, 20 iyun, AZƏRTAC
Avropa Komissiyası 2020-ci ildə koronavirus pandemiyası vaxtı tətbiqini dayandırdığı iqtisadi normaları yenidən bərpa edib.
AZƏRTAC xəbər verir ki, Komissiyanın dərc etdiyi son hesabatda ittifaqa üzv 7 ölkə - İtaliya, Fransa, Belçika, Macarıstan, Polşa, Slovakiya və Malta Avropa Sabitlik Paktına (Maastrix sazişi) əməl etmir.
1992-ci ildə vahid valyuta məkanının əsasını qoyan Maastrix sazişinə görə ölkənin illik büdcə kəsiri ÜDM-in 3 faizdən aşağı olmalıdır. Bu qaydaya əməl etməyən ölkələri ÜDM-in 0,1 faizi həcmində cərimə gözləyir.
Hazırda İtaliyanın büdcə kəsiri ÜDM-in 7,4 faizinə, Fransanın isə 5,5 faizə çatıb.
Almaniyanın Hessen əyalətində silahlı insindent zamanı iki nəfər güllələnib
Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb
Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib
KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib