Britaniyada iqlim fəalları tarixə abidəni narıncı rəngə boyayıblar
London, 20 iyun, AZƏRTAC
“Just Stop Oil” təşkilatının fəalları Böyük Britaniyanın Viltşir bölgəsindəki Stounhenc adlı 5 min illik tarixi abidəni narıncı spreylə boyayıblar.
AZƏRTAC xəbər verir ki, fəallar növbəti hökumətin 2030-cu ilə qədər fossil yanacaqların mərhələli şəkildə dayandırılması üçün qanuni qüvvəyə malik sənəd imzalamasını tələb ediblər. Abidəni ziyarətə gələnlər fəalları dayandırmağa çalışsa da, buna müvəffəq ola bilməyiblər. Polis iki iqlim aktivistini saxlayıb.
Birləşmiş Krallığın Baş naziri Rişi Sunak tarixi abidəyə qarşı “rüsvayçı vandalizm”i qınayıb və aktivistlərin öz hərəkətlərindən utanmalı olduğunu deyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
Gürcüstanda sərnişin qatarında yanğın olub
Pakistan Hindistanın şimalındakı hücumda iştirakını inkar edib
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri tutduğu vəzifədən və siyasətdən gedib