Avro-2024: Almaniya millisi növbəti qələbəsini qazanıb
Bakı, 19 iyun, AZƏRTAC
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, A qrupunun ilk görüşündə Almaniya və Macarıstan yığmaları üz-üzə gəlib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Camal Musiala və İlkay Gündoğan vurublar.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Almaniya millisi liderdir.
A qrupunun digər görüşündə İsveçrə Şotlandiyanı sınağa çəkəcək. Matç 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb
"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib
"Qarabağ" növbəti transferini həyata keçirib
“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib